Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq tapşırıq və göstərişinə uyğun olaraq 26 iyun -“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə bir sıra silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- Azərbaycan RespublikasıRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq mətnli SMS bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə göndərilməsi;
- Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC arasında imzalanmış tədbirlər planının 11-ci bəndinə müvafiq olaraq, antinarkotik təbliğat işlərinin sosial şəbəkələr üzərindən aparılması məqsədilə mövzu ilə əlaqədar müxtəlif həştaqlarla sosial aksiyaların həyata keçirilməsi;
- Azərbaycan Gənclər Fondu ilə imzalanmış tədbirlər planının 7-ci bəndinə müvafiq olaraq, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə könüllülər üçün təlimlərin və seminarların təşkil edilməsi;
- Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə imzalanmış tədbirlər planının 15-ci bəndinə müvafiq olaraq, valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını nəzərə alaraq valideynlər üçün maarifləndirici seminarların keçirilməsi;
- tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrində “Biz narkotikə yox deyirik” mövzusunda seminarların və ictimai mühazirələrin təşkil edilməsi;
- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının nümayişi;
- maarifləndirici videoçarxların ölkə üzrə bir sıra küçə və prospektlərdə mövcud olan elektron reklam lövhələrində və “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında olan monitorlarda və metro stansiyalarında nümayişi;
- Dövlət Komissiyasının 2024-cü ilə dair İş Planının 26-cı bəndinə müvafiq olaraq, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlərin keçirilməsi;
Həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində və o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin ediləcəkdir.